Fransa yığmasının sabiq futbolçusu Dimitri Payet “Marsel”dən ayrılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə 36 yaşlı oyunçu mətbuat konfransında bildirib.

O, ötən mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

2013-2015-ci illərdə “Marsel”də çıxış etmiş Payet 2017-ci ildə Liqa 1 təmsilçisinə qayıdıb.