Fransanın PSJ klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Foot Mercato"ya istinadla xəbər verir ki, Paris təmsilçisi, "Barselona"nın sağ cinah vingeri Usman Dembeleni sıralarına qatmağa çalışır.

Liqa 1 klubu fransalı futbolçunu həmyerlisi, PSJ-dən ayrılmağa hazırlaşan Kilian Mbappeyə əvəzləyici olaraq görür.

Məlumata görə, PSJ rəhbərliyi Dembele üçün qarşı tərəfə 43 milyon avro təklif edir.

Bildirək ki, Mbappenin Madrid "Real"ına keçəcəyi gözlənilir.