Fransanın "Olimpik Lion" klubu "Çelsi"dən ayrılmağa hazırlaşan Kristian Pulişiçi transfer edə bilməyib.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, buna səbəb Liqa 1 təmsilçisinin maliyyə pozuntusuna yol verməsidir.

Belə ki, kluba sanksiya tətbiq edildiyi üçün ABŞ-li vingerin keçidi baş tutmayıb.

Onu da bildirək ki, Pulişiçin "Milan"a keçidi gündəmdədir.