“Klermon” klubu “Olimpik Lion"un gənc futbolçusu Həbib Keytanı transfer edib.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı malili futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Keyta 2022/23 mövsümünü icarə əsasında “Kortreyk”də keçirib. O, Belçika klubunun heyətində 21 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.