“Lans” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi İsveçrənin “Bazel” klubunun yarımmüdafiəçisi Andi Diufu sıralarına cəlb edib.

Fransızlar 20 yaşlı futbolçunun keçidi üçün 15 milyon avrodan keçiblər.

Fransadan olan yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.