Patrik Vieyra tezliklə “Strasburq” klubunun yeni baş məşqçisi olacaq.

Offsideplus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis klubu ikinci diviziona düşməkdən xilas etməsinə baxmayaraq, müqaviləsi yenilənməyən Frederik Antonettini əvəz edəcək.

Vieyra “Strasburq”la 3 illik müqavilə imzalayacaq. Fransa klubunun səhmlərini “Çelsi”nin sahibi Todd Boulinin şirkəti alıb.