Fransanın "Marsel" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu vəzifəyə Marselino Toral təyin edilib. Onunla 2 illik müqavilə imzalanıb. İspaniyalı mütəxəssis istefaya göndərilən İqor Tudoru əvəzləyib.

Qeyd edək ki, Marselino ötən mövsüm "Atletik"i çalışdırıb.