Fransanın “Tuluza” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi Kamerun yığmasının sabiq üzvü Stefan Mbianı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
32 yaşlı futbolçu yeni klubu ilə bir illik müqavilə imzalayıb. Təcrübəli dayaq yarımmüdafiəçisi yeni komandasında 25 nömrəli formanı geyinəcək.
Fransanın “Renn” klubunun yetirməsi olan Mbia, karyerası ərzində “Olimpik” (Marsel), KPR (İngiltərə), “Sevilya” (İspaniya), “Trabzonspor” (Türkiyə) və “Hebey” (Çin) kimi komandalarda da forma geyinib. O, Kamerun yığmasında 67 oyun keçirib, 5 qola imza atıb.(komanda.az)