Fransa çempionatında 37-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə keçirilib.

“Anje” “Trua”nı, “Renn” “Monako”nu, “Klermon” “Loryan”ı, “Lans” “Ayaçço”nu, “Lill” “Nant”ı, Lion “Olimpik”i isə “Reyms”i məğlub yola salıb. Marsel “Olimpik”i bu turda “Brest”lə ev oyunundan xalsız ayrılıb. “Monpelye” də doğma meydanda “Nitsa”ya uduzub.

“Strasburq”un qonağı olan lider PSJ isə bu tur heç-heçə ilə kifayətlənib. Amma bu, Paris təmsilçisinin sona bir tur qalmış növbəti çempionluğunu rəsmiləşdirməsi üçün yetərli olub. Bu, sözügedən komandanın bütövlükdə 11-ci çempionluğudur.