PSJ-nin müdafiəçisi Əşrəf Hakimi "Real Madrid"ə dönmək istəyir.
Offsideplus.az xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb. Paris təmsilçisi ilə 2026-cı ilədək müqaviləsi olan mərakeşli ulduz bir gün "Kral klubu"na qayıtmağı planlaşdırır.
Qeyd edək ki, Hakimi 2017-2020-ci illərdə "Real"da çıxış edib.