Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az "Daily Mail"ə istinadla xəbər verir ki, Paris təmsilçisi İngiltərənin "Kristal Palas" klubunun sağ cinah vingeri Maykl Olisi sıralarna qatmaq niyyətindədir.

PSJ rəhbərliyi yayda 21 yaşlı futbolçunu transfer etməyə çalışacaq.

Olisin "Kristal Palas" ilə 2026-cı ilədək müqaviləsi var.