PSJ-nin baş məşqçi postuna daha bir namizəd məlum olub.
Offsideplus.az xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi "Arsenal"ın çalışdırıcısı Mikel Artetanı komandanın "sükanı arxasına" gətirmək istəyir. Bu Barədə "The Sun" nəşri məlumat yayıb.
Mənbəyə görə, 40 yaşlı ispaniyalı mütəxəssis cari mövsüm "topçular" ilə çempionluq yarışına diqqətini verdiyi üçün hazırkı komandasının yeni müqavilə ilə bağlı verdiyi təkliflər ətrafında danışıqlar aparmır. Parislilərin bu məsələni diqqət ilə izlədiyi bildirilir.
Qeyd edək ki, Artetanın "Arsenal" ilə sözləşməsi 2025-ci ilin yayında başa çatır.