PSJ klubunun yarımmüdafiəçisi Marko Verratti Fransa çempionatının 31-ci turunun “Lans”la görüşündə komandasına kömək edə bilməyəcək.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı futbolçu bud nahiyəsindən zədələndiyi üçün bu matçı kənardan izləməli olacaq.
Paris təmsilçisinin zədəli futbolçuları arasında Neymar, Presnel Kimpembe, Nordi Mukiele və Renato Sançes də var.
Qeyd edək ki, PSJ – “Lans” görüşü bu gün saat 23:00 start götürəcək.