PSJ klubun kapitanı Markinyos ilə müqaviləni yeniləyəcək.

Offsideplus.az xəbər verir ki, braziliyalı müdafiəçinin sözləşməsinin müddətinin 2027-ci ilin yayına qədər artırılacağı gözlənilir. Onun hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

Qeyd edək ki, Braziliya millisinin də üzvü olan 28 yaşlı futbolçu PSJ-də 2013-cü ildən çıxış edir.