PSJ futbolçusu Markinyosla yeni müqavilə imzalayacaq.

 Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Mənbəyə görə, braziliyalı müdafiəçi də sözügedən məsələ ilə bağlı danışıb və informasiyanı təsdiqləyib: "Ümid edirəm ki, yaxın müddətdə yeni sözləşmə imzalanacaq. Özümə güvənirəm. Danışıqların son mərhələsindəyik və detallar müzakirə edilir" - deyə, 29 yaşlı müdafiəçi qeyd edib.

Tərəflər arasında yeni müqavilənin 2027-ci ilin iyununa qədər qüvvədə olması gözlənilir.