PSJ klubu Fransa I Liqasının XXX turunda "Nitsa" ilə oyuna itki ilə çıxacaq.
Offsideplus.az xəbər verir ki, Paris klubunun yarımmüdafiəçisi Marko Veratti sözügedən matçı buraxmalı olacaq.
Məlumatı GFFN yayıb. Veratti zədə səbəbilə matçı kənardan izləməli olacaq.
"Nitsa" - PSJ matçı bu axşam, Bakı vaxtı ilə 23:00-da start götürəcək.