Fransa çempionatında 29-cu tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, sonuncu oyun günündə daha 7 görüş keçirilib.

“Lill” öz meydanında “Loryan”ı, “Brest” isə “Tuluza”ı eyni hesabla (3:1) əliboş yola salmağı bacarıb. “Klermon” isə çətinliklədə olsa, “Ayaçço”nu məğlub etməyi bacarıb. “Reyms” səfərdə "Nant"ı 3 cavabsız qolla məğlub edib. “Monako” – “Strasburq” görüşü daha məhsuldar keçib. Yeddi qolun vurulduğu matçda meydan sahibləri qələbə qazana bilib. Turnir cədvəlinin lideri PSJ isə "Olimpik" (Lion) uduzub.

Qeyd edək ki, 66 xalı olan PSJ vahid liderdir. “Lans” və "Olimpik" (Marsel) isə 60 xalla 2-3-cü pillələrdə qərarlaşıb. 

29-cu tur
31 mart

Olimpik (Marsel) – Monpelye 1:1
Qol
: Genduzi, 44-pen – Nordin, 12.

1 aprel

Oser – Trua 1:0
Qol
: Nianq, 73.

Renn – Lans 0:1
Qol
: Openda, 31.

2 aprel

Lill – Loryan 3:1
Qol
: Kabelya, 13. Jeqrova, 89; 90+1 – Kone, 77.

Anje – Nitsa 1:1
Qol
: Niane, 15 – Moffi, 4.

Brest – Tuluza 3:1
Qol
: Munye, 33. Duaron, 63. Kamara, 84 – Dallinqa, 10.

Klermon – Ayaçço 2:1
Qol
: Kyei, 60-pen; 90+2-pen – Əl İdrissi, 25.

Nant – Reyms 0:3
Qol
: Flips, 38; 39. Munetsi, 58.

Monako – Strasburq 4:3
Qol
: Vanderson, 19. Seqir, 54. Diop, 58. Fofana, 65 – Motiba, 32. Maripan, 41. Diallo, 90+2.

PSJ – Olimpik (Lion) 0:1
Qol
: Barkola, 56.