"PSJ-də bir problem var: hər kəsə qırmızı xalıları sərirlər".

Offsideplus.az xəbər verir ki, bu sözləri sabiq futbolçu Patris Evra deyib. O, PSJ klubu barədə açıqlamaları ilə gündəm olub:

"Komandaya gəlirsən, bəzi futbolçular Çempionlar Liqasında 10 matça belə çıxmayıblar. Bir dəfə Dani Alveş mənə dedi ki, "Pat, onlar heç vaxt ÇL qazanmayacaqlar".

Onların tribunalarında Bernar Lamanı yox, Kardaşyanları görürsünüz. PSJ sadəcə şou-biznes klubudur".

Qeyd edək ki, Patris Evra 2004-2016-cı illərdə Fransa millisinin formasını geyinib.