PSJ klubu "Napoli"nin ulduz futbolçusu Xviça Kvaratsxeliyanı transfer etmək istəyir.

Offsideplus.az "Corriere dello Sport" a istinadla xəbər verir ki, Gürcüstan millisinin hücumçusu hazırda Avropa klublarının diqqət mərkəzindədir. O, cari mövsüm İtaliya klubunun heyətində 29 matçda meydana çıxıb, 13 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

PSJ Xviça üçün 180 milyon avro ödəməyə hazırdır.