Leo Messinin atası və agenti Xorxe Messi sosial şəbəkə hesabında argentinalı ulduzla bağlı yayılan iddiaları təkzib edib.
Offsideplus.az xəbər verir ki, o, paylaşımında üç xəbəri yalanlayıb:
"Leo Messi Qaltye ilə problemlərə görə Çərşənbə axşamı məşqdən ayrılıb";
"PSJ yeni müqavilə ilə bağlı Leo Messinin şərtlətini qəbul etmir";
"Messi "Əl-Hilal"da 600 milyon avro maaş tələb edir".
X.Messi "Yalan xəbərlərdir, onlara inanmayın. Bu yalanları daha qəbul etməyəcəyik", - deyə yazıb.
Qeyd edək ki, Leo Messinin PSJ ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır.