UEFA Çempionlar Liqasının 1/8 mərhələsi çərçivəsində Almaniyanın “Bavariya” klubuna iki oyunun nəticəsinə görə uduzaraq (0:1, 0:2) mübarizəni dayandıran PSJ kapitanı Markinyosu da itirib.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu ötən gecə Münhendə baş tutan cavab qarşılaşmasının birinci hissəsində sıradan çıxıb.
Bu səbəbdən də o, 36-cı dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. 28 yaşlı mərkəz müdafiəçisinin zədəsinin nə dərəcədə ciddi olduğu ətraflı müayinələrdən sonra müəyyənləşəcək.