PSJ kapitanı Markinyosla yeni müqavilə imzalayacaq.

Offsideplus.az xəbər verir ki. bu barədə məşhur insayder Fabrizio Romano öz tvitter səhifəsində məlumat yayıb. Bildirilir ki, Paris təmsilçisi braziliyalı mərkəz müdafiəçisi ilə yeni sözləşmə barəsində razılığa gəlib. 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Markinyos cari mövsüm bütün turnirlərdə PSJ-nin heyətində 31 oyuna çıxıb və 2 qolla yadda qalıb.