“Nitsa” heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi Nigeriya millisinin və “Loryan”ın hücumçusu Terem Moffini transfer edib.

23 yaşlı forvard bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb. “Nitsa” buna görə “Loryan”a 2.5 milyon avro ödəyib. Klub yayda onun transfer etmək istəsə, bunun üçün 22.5 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, Moffi 2020-ci ildən çıxış etdiyi “Loryan”da 90 oyun keçirib və 35 qol vurub. O, Nigeriya millisində isə 7 oyunda 2 qolla yadda qalıb.