“Olimpik” (Marsel) klubu heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi Portuqaliyanın “Braqa” klubunun hücumçusu Vitinyanı heyətinə qatıb.
Fransa klubu bu transfer üçün “Braqa”ya 32 milyon avro ödəyib. 22 yaşlı forvardla müqavilə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. “Braqa”nın yetirməsi olan Vitinya bu klubun əsas komandasında meydana çıxdığı 67 oyunda 28 qol vurub.