Fransanın “Loryan” klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az  xəbər verir ki, Liqa 1 təmsilçisi Seneqal yığmasının və “Marsel”in hücumçusu Bamba Dyenqi transfer edib.

22 yaşlı forvard yeni klubu ilə 2,5 + 2 illik müqavilə imzalayıb.

“Loryan” bu transferə görə qarşı tərəfə 8 milyon avro ödəyib.

Qeyd edək ki, Bamba Dyenq "Marsel"də 54 oyunda  meydana çıxıb və 11 qol vurub.