PSJ klubunun qapıçısı Keylor Navas karyerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı qolkiper "Nottingem Forest"lə şəxsi razılıq əldə edib.

Tərəflər arasındakı danışıqlar isə davam edir. Paris təmsilçisi kosta-rikalı oyunçunu icarə əsasında göndəriləcəyi təqdirdə ona maaş vermək istəmir.

Qeyd edək ki, Keylor Navas 2019-cu ildən Paris klubunda çıxış edir.