"İnter" klubunun slovakiyalı müdafiəçisi Milan Şkrinyar PSJ ilə razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, futbolçunun Fransa nəhənginə keçidi yayda baş tuta bilər. O, yeni komandası ilə azad agent statusu ilə müqavilə imzalayacaq.

"İnter" müəyyən məbləğ əldə etmək üçün isə onu bu qış PSJ-yə sata bilər. Yaxın günlərdə Şkrinyarın Fransaya qışda, yoxsa yayda keçəcəyi dəqiqləşəcək.