"Nant" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Şalke"nin yarımmüdafiəçisi Floren Molleni transfer edib. "Nant" 31 yaşlı vingerlə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Floren Mollen "Şalke"yə mövsümün əvvəlində "Monpelye"dən transfer olunmuşdu.