"Marsel" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Atalanta"dan Ruslan Malinovskini transfer edib.

Ukraynalı yarımmüdafiəçi sabah Marselə gedərək tibbi müayinədən keçdikdən sonra müqaviləyə qol çəkəcək. "Marsel" bu transfer üçün İtaliya klubuna 10 milyon avro ödəyəcək.