"Yuventus", PSJ və Fransa yığma komandasının sabiq futbolçusu Blez Matyuidi karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, bu barədə 35 yaşlı oyunçu özünün sosial şəbəkə hesabında məlumat verib.
Qeyd edək ki, Matyuidi PSJ ilə 4 dəfə Fransa çempionu olub, 2 dəfə Fransa kubokunu, 4 dəfə Superkubokunu, 3 dəfə Fransa Liqa Kubokunu qazanıb. O, "Yuventus" ilə o, 3 dəfə A Seriyasını, 1 dəfə İtaliya kubokunu və ölkə Superkubokunu qazanıb.Matyudi Fransa yığması ilə 2018-ci ildə dünya çempionatının qızıl, 2016-cı ildə isə Avropa çempionatının gümüş mükafatçısı olub. Fransız futbolçunun son klubu "İnter Mayami" olub.