Zədə səbəbindən cari mövsüm "Milan"da forma şansı tapa bilməyən Zlatan İbrahimoviç maraqlı açıqlaması ilə gündəm olub.
Offsideplus.az xəbər verir ki, 41 yaşlı isveçli hücumçu "Canal+"a müsahibəsində PSJ-dən ayrılandan sonra Fransa futbolu və Liqa 1-in səviyyəsinin aşağı düşdüyünü söyləyib:
"Məndən sonra Fransada danışacaqlar bir şey qalmadı. Mənim Fransaya ehtiyacım yoxdur, İnkişaf etməyiniz üçün Mbappe, Neymar və Messiyə sahib olmağınız bəs deyil".
Qeyd edək ki, Zlatan "Milan" klubuna 2019-2020 mövsümündən qayıdıb.