"Lion" klubunun yarımmüdafiəçisi Korentin Tolisso Liqa 1-in 11-ci turunun "Renn"lə oyununda (2:3) sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçunun sol bud nahiyəsində zədə aşkarlanıb. Bu səbəbdən Tolisso bir neçə ay yaşıl meydanlardan kənar qalacaq. O, DÇ-2022-ni kənardan izləməli olacaq.
Xatırladaq ki, daha əvvəl Nqolo Kantenin dünya çempionatında oynaya bilməyəcəyi açıqlanmışdı.