PSJ-nin qapıçısı Canluici Donnarumma İtaliya A Seriyasına qayıda bilər.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı qolkiperin agenti Rafaela Pimenta futbolçunun yenidən İtaliyada oynamaq şanslarını dəyərləndirib:

"Donnarumma İtaliyaya qayıdacaqmı? Parisdə işlər çox yaxşı gedir, PSJ-də oynamaqdan məmnundur. Lakin gələcəkdə nələr olacağını bilmək olmaz".

Qeyd edək ki, italiyalı qapıçı 2015-2021-ci illərdə "Milan"ın formasını geyinib.