"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant" Fransa çempionatında 11-ci tur oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, komanda "Brest"i qəbul edib və 4:1 hesabı ilə qalib gəlib.
Bu qələbə ilə xalını 10-a çatdıran "Nant" turnir cədvəlində 19-cü pillədən 14-cü pilləyə yüksəlib, "Brest" 6 xalla sonuncu-20-cidir. Siyahıya 26 xalla (10 oyun) PSJ başçılıq edir.
Xatırladaq ki, "Nant" və "Qarabağ" arasında Avroliqanın 5-ci tur qarşılaşması oktyabrın 27-də Fransada olacaq. Bu komandalar arasında Bakıdakı ilk matçda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.