Fransanın "Nant" klubu UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la oyun öncəsi baş məşqçisi Antuan Kambuareni istefaya göndərə bilər.

Offsideplus.az xəbər verir ki, komandanın son olaraq Avroliqada "Frayburq"a 0:4 hesabı ilə uduzduğu matçdan sonra rəhbərlik yeni baş məşqçi axtarışlarına başlayıb. 

Məlumata görə, "Nant" Fransa çempionatında oktyabrın 16-da keçiriləcək "Brest"lə görüşdə uduzsa, Kambuare istefaya göndəriləcək.

Xatırladaq ki, "Nant" və "Qarabağ" arasında Avroliqanın 5-ci tur qarşılaşması oktyabrın 27-də Fransada olacaq. Bu komandalar arasında Bakıdakı ilk matçda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.