Fransanın "Lion" klubunda baş məşqçi dəyişikliyi rəsmən açıqlanıb.
Offsideplus.az xəbər verir ki, mövsümə niderlandlı baş məşqçi Peter Boş ilə başlayan Liqa 1 təmsilçisi ilk 5 turda 13 xal toplayaraq çempionata yaxşı başlasa da, son 5 oyunda cəmi 1 xal toplaya bildi. Əldə olunan bu nəticələrdən sonra 58 yaşlı çalışdırıcı ilə yollar ayrılıb. Onu yerinə Loran Blan komandaya baş məşqçi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Lion" fransalı məşqçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Loran Blan son olaraq Qətərin “Əl Rayyan” klubunu çalışdırıb. 56 yaşlı mütəxəssis daha əvvəl PSJ, Bordo və Fransa milli komandasında da işləyib.