Maurisio Poçettino "Nitsa" klubunun təklifini geri çevirib.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Fransa klubu argentinalı mütəxəssislə əlaqəyə keçdiklərini təkzib etsə də, bir çox mənbə klubun günlər öncə baş məşqçiyə təklif göndərib. Poçettino edilən təklifə "yox" cavabı verib.
50 yaşlı çalışdırıcı İngiltərə Premyer Liqası, İtaliya A Seriyası və La Liqa klublarından təkliflər gözləyir.
Qeyd edək ki, Poçettino 2021-2022 mövsümündə PSJ-ni çalışdırıb.