"Qarabağ"ın UEFA Avropa Liqasının G qrupundakı rəqibi "Nant" (Fransa) klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Mets"dən Fabyen Santonzu transfer edib. 26 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Qarabağ" 2-ci turda Bakıda "Nant"a 3:0 hesabı ilə qalib gəlib. Bu komandalar arasında 2-ci matç oktyabrın 27-si Fransada olacaq.