Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Fransanın "Nant" klubunun baş məşqçisi Antuan Kambuare Liqa 1-in 8-ci turunda qarşılaşacaqları "Lans"la oyundan öncə mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis Avroliqanın 2-ci turunda səfərdə Ağdam təmsilçisinə (0:3) məğlub olduqları oyunu analiz etdiklərini və matçla bağlı müzakirələr apardıqlarını qeyd edib:
"Qarabağ" qarşı keçirdiyimiz görüşdən sonra komandada məyusluq və qəzəb var. Çünki uduzmağı sevmirik. Hazırda fikrimizi "Lans"la oyuna vermişik. Yaxşı oyun nümayiş etdirmək istəyirik".
Qeyd edək ki, bu gün baş tutacaq "Nant" - "Lans" matçı Bakı vaxtı ilə saat 19:05-də start götürəcək.