"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın "Nant" klubu futbolçusu Bric Ndilunu icarəyə göndərib.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı hücumçu mövsümün sonunadək "Şole"nin formasını geyinəcək.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin II turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında V tur oyunu oktyabrın 27-də Fransada olacaq.