"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan Fransanın "Nant" klubu Liqa 1-də baş tutan 4-cü tur görüşləri çərçivəsində növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, komanda bu gün öz meydanında "Tuluza" ilə qarşılaşıb.
Oyun "Nant"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Nant" - "Tuluza" - 3:1
Qollar: Zakaria, 15 (0:1), Quissand, 50 (1:1), Mostafa, 55 (2:1), Mozes, 61 (3:1)
Qeyd edək ki, "Qarabağ"ın "Nant"la ilk matçı sentyabrın 15-i Bakıda olacaq. Tərəflər arasında növbəti oyun isə oktyabrın 27-də Fransada keçiriləcək.