PSJ klubu yay transfer pəncərəsi bitməmiş müdafiəçi Abdu Diallo ilə yollarını ayırmaq istəyir.

Offsideplus.az xəbər verir ki, seneqallı futbolçuya "Vest Hem" və "Roma" da daxil olmaqla bir neçə klub iddia edir.

Parislilər Diallonu birdəfəlik buraxmaq istəyir. Fransa klubunun əsas ümidi İngiltərə premyer-liqası klublarından, xüsusən də London “Vest Hem”indən uzunmüddətli təkliflərlə bağlıdır.