Hazırda azad agent olan Marselo Fransa 1-ci Liqasında çıxış edə bilər.
Offsideplus.az "Foot Mercato"ya istinadən xəbər verir ki, "Nitsa" 34 yaşlı müdafiəçini heyətinə qatmaqda israrlıdır. Fransa təmsilçisi müdafiə xəttini braziliyalı ilə gücləndirmək istəyir.
Marselonun tələb etdiyi yüksək maaş şərtləri də klub üçün problem deyil.
Qeyd edək ki, Marselo 2007-2022-ci illərdə "Real"ın şərəfini qoruyub.