PSJ - "Monpelye" matçından sonra Kilian Mbappe və Neymarın arasında gərginlik yaşandığı ilə bağlı məlumat vermişdik.

Offsideplus.az "TNT Sports Brasil"ə istinadən xəbər verir ki, Paris təmsilçisi ilə yeni müqavilə imzalayan Mbappeyə komandanın onun üçün oynayacağı barədə söz verilib. Lakin futbolçular razı olmadığı üçün, klub bu istəyi yerinə yetirə bilmir.

Bundan əlavə, bildirilir ki, "Monpelye" ilə matçda ilk hissədən sonra paltardəyişmə otağında fransalı hücumçu və bəzi komanda yoldaşları arasında gərginlik yaşanıb. Klubun əməkdaşları gərginliyi aradan qaldırmaq üçün araya girib.

Xatırladaq ki, PSJ - "Monpelye" matçı 5:2 hesabı ilə başa çatıb. 

Bizi Teleqramda izləyin!