Fransanın "Marsel" klubunun oyunçusu Konrad de la Fuentenin yeni komandası bəlli olub.
Offsideplus.az Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, gənc futbolçu mövsümün sonunadək "Olimpiakos"a icarəyə göndərilib. 21 yaşlı vinger ötən sezon "Marsel" formasında 23 oyuna çıxıb, 1 qol və 3 assistə imza atıb.
"Barselona" yetirməsi olan Konrad "Beşiktaş"ın da transfer gündəmində idi. "Qartallar"ın idman direktoru Ceyhun Kazancı gənc futbolçu barədə bu sözləri demişdi:
"Konrad de la Fuentenin transferi ilə bağlı "Marsel"lə razılığa gəldik. Lakin futbolçu son qərarını vermədi. Digər təklifləri də nəzərdən keçirir. Qısa müddətdə cavabını verəcək".