PSJ futbolçusu Arno Kalimuendo ilə yollarını ayırır.

Offsideplus.az xəbər verir ki, "Renn" klubu 20 yaşlı forvardla razılığa gəlib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Fransa Liqa 1 təmsilçisi Kalimeundo üçün PSJ-yə 25 milyon avro ödəyəcək.  

"Renn" klubu fransalı hücumçu ilə 2027-ci ilə qədər müqavilə imzalayacaq. Arno bu gün tibbi müayinədən keçəcək, rəsmi müqavilənin bağlanması gözlənilir.