Fransanın PSJ klubunun qapıçısı Keylor Navas yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi onu yüksək səviyyəli qapıçı hesab edir. Ancaq PSJ bir şərtlə - kluba yaxşı təklif gəlsə, Navası satmağa hazırdır.

Hazırda "Napoli" Keylor Navas üçün danışıqlar aparır.