Fransanın “Olimpik” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi İngiltərənin “Arsenal” klubunun sol cinah müdafiəçisi Nuno Tavaresi heyətinə qatıb.

22 yaşlı portuqaliyalı futbolçu 2022/23 mövsümünün sonuna qədər icarəyə götürülüb.

Qeyd edək ki, Nuno Tavares Portuqaliyanın “Benfika” klubunun yetirməsidir. O, 2021-ci ilin iyulundan “Arsenal”da çıxış edirdi.