PSJ klubunun və Braziliya millisinin futbolçusu Neymar 2 illik həbs edilə bilər.
Offsideplus.az xəbər verir ki, Braziliyadan bir yatırım şirkəti DİS 30 yaşlı hücumçunu məhkəməyə verib. Buna səbəb isə şirkətin Neymarın 2013-cü ildə "Santos"dan "Barselona"ya transferində qanunsuzluq olduğunu düşünməsidir. Belə ki, həmin vaxt bu şirkət oyuçunun transfer haqlarının bir qisminə sahib idi.
İndi isə DİS Neymarın 2 illik həbs olunmasını və "Barselona"nın 150 milyon avro təzminat ödəməsini tələb edir.