"Trua" klubu futbolçusu Adil Rami ilə yeni sözləşmə imzalayıb.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı mərkəz müdafiəçisi növbəti mövsümün sonuna kimi Liqa 1 təmsilçisində oynamağa davam edəcək.
Qeyd edək ki, Adil Raminin əvvəlki müqaviləsi bu yaya qədər nəzərdə tutulmuşdu. O, 2021-ci ilin avqustundan "Trua"da çıxış edirdi. Təcrübəli futbolçu Fransa millisinin heyətində 36 matç keçirib.